Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
Qəza “Mirvari City” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. 6 və 2 nömrəli sərnişin avtobusları toqquşub. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.