Sumqayıtda mənzildə qalan 2 azyaşlıya köməklik göstərilib. Bu barədə 23 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
FHN-in "112" qaynar xəttinə azyaşlıların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.