Sumqayıtda mənzildə qalan 2 nəfər xilas edilib. Bu barədə 17 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
FHN-in "112" qaynar xəttinə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.ы