Sumqayıt poliqonunda istehlaka yararsız qida məhsulları məhv edilib. Bu haqda 6 aprel tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
“EkoSum” MMC-yə məxsus poliqonda “Sun Food” MMC-nin ümumi çəkisi 28 ton müxtəlif növ qida məhsulu utilizasiya edilib.