top
Sumqayıtda 385 şəhid ailəsi yeni mənzillə təmin olunub
03 oktyabr 2022, 00:33
- ↺ +

Sumqayıtda 385 şəhid ailəsi yeni mənzillə təmin olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Sumqayıt24 bu barədə 3 oktyabr tarixində şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.

Şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə yaradılmış mərkəzin iclasında İH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilər, eləcə də iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Gündüz Əliyev bildirib ki, ötən dövr ərzində məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub. Bir sıra problemlər aradan qaldırılıb.

O bildirib ki, Sumqayıt şəhər Şəhidlər Xiyabanında 515 şəhid dəfn olunub ki, onlardan 407-si 1-ci Qarabağ müharibəsi, 106-sı 2-ci Qarabağ müharibəsi, 2-si isə son günlər erməni təxribatı nəticəsində həlak olan hərbçilərimizdir. Əlavə olaraq şəhərimizin 8 nəfər şəhidi isə Respublikanın digər rayonlarında və 2-ci Fəxri xiyabanda dəfn olunub. Şəhidlər Xiyabanı əsaslı təmir edilərək qalib əsgərin abidəsi ucaldılıb. 3 orta məktəbə Milli və Vətən müharibəsi qəhrəmanları adı verilmişdir. Polad Həşimovun adını daşıyan 28 saylı orta məktəbdə büstü qoyulmuş və muzeyi yaradılmışdır. Ümumilikdə 38 şəhidin adına küçə verilib.

Gündüz Əliyev əlavə ki, şəhərdə 1-ci Qarabağ Müharibəsi zamanı 1000-ə yaxın, Vətən müharibəsi zamanı isə 200-ə yaxın hərbçimiz müxtəlif əlillik dərəcəsi alıb. Hər bir şəhid ailəsinə birdəfəlik maddi vəsait və ərzaq yardımı olunub. Belə ki, bu tədbirlərin keçirilməsinə cəmi 670.700 manat vəsait xərclənib. Ötən ilin yanvar ayından bu günə kimi şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayramlarda, əlamətdar günlərdə və özlərinin müraciəti əsasında 345.100 manat məbləğində ərzaq yardımı və 389.600 manat maddi yardım verilib.

Vurğulanıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən son illər 618 nəfər şəhid ailəsi və qazi uçota götürülüb. Onlardan 385 nəfər yeni mənzillə təmin olunub. Ötən dövr ərzində 233 şəhid ailəsi və qazi işlə təmin olunub. Tam fiziki hərəkətləri məhdud olan 27 qazimiz Əlaqələndirmə Mərkəzi tərəfindən himayəyə götürülüb. Sumqayıt şəhidləri haqqında 600 səhifəlik “Seçilmişlər” adlı kitab nəşr olunaraq təqdimatı keçirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Bu gün, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Bu gün, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Bu gün, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Bu gün, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Bu gün, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Oxşar xəbərlər