“Glassica” QSC ikinci analoji müəssisə qurur. Sumqayıt24 bu haqda 14 aprel tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində bu istiqamətdə işlər aparılır. İnvestisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.