Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Sumqayıtda yoxlamalar aparıb. Sumqayıt24 bu haqda 2 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park” iaşə obyektləri və restoranlarından havaya normadan artıq tullantıların atıldığı müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələniblər.