Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Gününü öz sevdikləri ilə vaxt keçirmək istəyənlər üçün şou-proqramlı restoranların siyahısını hazırlamışıq.
Sumqayıt24 həmin siyahını təqdim edir:
“Bir Efsane” mahnısı ilə Azərbaycan toylarının əfsanəsinə çevrilən Hakan Peker gecənin qonağı olacaq. 1 nəfər üçün xüsusi menyu 150 AZN təşkil edir. Əlaqə nömrəsi (050) 477-79-77 (restoran)
Poseidon Restaurant & Lounge (Bulvar ərazisi)
Restoran qonaqlar üçün əyləncəli şou-proqramları 2 zala bölərək təşkil edir.
Aşağı zalda Rəhim Rəhimli, Rəşad İlyasov, Nadir Qafarzadə, Aynur Dadaşova, Günay Bəylərqızı, Vüqar Rüstəmov, Natiq İsmayilov və DJ Anar;
Yuxarı zalda isə Günay Bəylərqızı, Rəşad İlyasov, Aynur Dadaşova, Vüqar Rüstəmov, Natiq Ələkbərov, “Qala” qrupu, Əliağa Tapdıqlı və DJ Rufitoşun təqdimatında sakinlərimizi musiqili gecə gözləyir.
Qiymətlər 30-300 AZN (menyu qiymətlərə daxil deyil) aralığında dəyişir. Əlaqə nömrəsi: (050) 555-50-50.
Genclik City Bowling & Restaurant (Bulvar ərazisi)
İstirahət mərkəzində Azərbaycan estradasının tanınmış simaları İradə Mehri, Türkan Vəlizadə, Asif Məhərrəmov, Nadir Qafarzadə, Taleh Can, Aydın Sani və Alı Pormehr çıxış edəcəklər.
Qonaqlar 1 nəfərə 50 AZN (menyu qiymətlərə daxil deyil) ödəməklə maraqlı vaxt keçirə bilərlər. Əlaqə nömrələri (050) 278-37-37; (018) 655-00-75.
Dənizkənarı parkda yerləşən restoranda tanınmış musiqiçilər Asif Məhərrəmov, Kamil Ağazadə və Orxan Rəcəbov gecəyə səs salacaqlar. Musiqili gecədə 2 nəfərlik masa 50 AZN (menyu qiymətlərə daxildir) təşkil edir. Əlaqə nömrələri (050) 268-40-52; (050) 268-40-61.
Kalyon Terrace Restaurant (Novxanı, dəniz kənarı)
Restoranda təşkil olunacaq şou-proqramda qonaqları Azərbaycanı “Eurovision” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal qarşılayacaqlar. Gecənin digər qonaqları Pınar Hazel, Ellada Eyvazova, Şaiq Çələbi və Həmidə Hüseynova olacaqlar.
Əlaqə nömrələri (050) 860-61-61; (070) 503-61-61; (070) 530-61-61.
Kollektivimiz adından izləyicilərimiz daxil olmaqla bütün Azərbaycan Qadınlarını təbrik edirik!