Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyatda bədbəxt hadisə baş verib.
Sumqayit24.az xəbər verir ki, 20 Yanvar küçəsində hərəkətdə olan 15 nömrəli sərnişin avtobusunda kişi sərnişin qəfil dünyasını dəyişib.
Əraziyə dərhal təcili tibbi yardım çağırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.