Sumqayıtda Ramazan bayramı münasibətilə ehtiyaclı ailələrə və ahıllara sovqatlar verilib. Bu haqda 21 aprel tarixində Sumqayıt24 Qızıl Aypara Cəmiyyətinə (QAC) istinadən xəbər verir.
Deputat Tahir Mirkişilinin müraciəti əsasında “Azərsun Holdinq” tərəfindən QAC şəhər bölməsinin qeydiyyatında olan 100 aztəminatlı ailəyə və ahıllara 9 adda qida məhsullarından ibarət ərzaq yardımı paylanılıb.
QAC sədri Mətanət Məhərrəmova, T. Mirkişilinin köməkçisi Cavid Quliyev və Hicran Hüseynovanın köməkçisi Elcin Kərimov tədbir iştirakcılarını bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıblar.