Sumqayıtda bədbəxt hadisə baş verib. Bu haqda 16 iyun tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
24 yaşlı şəhər sakini Anar Həşimli ehtiyatsızlıq nəticəsində sağ əlini kəsib. Yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılan gəncə cərrahi əməliyyat olunub.
Hadisənin hansı şəraitdə və necə baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.