top
Sumqayıtda bərbərlər nə qədər vergi ödəməlidirlər?
06 mart 2025, 00:53
- +

Sumqayıtda bərbərlər nə qədər vergi ödəməlidirlər?

Bərbərlərin ödəməli olduğu verginin məbləği bəlli olub.

Mövzunu vergiler.az-a “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edib.

Muzdlu işçi olmadan fərdi qaydada bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qanunvericiliyə əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdırlar.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər üçün aylıq 15 manat məbləğində sadələşdirilmiş vergi məbləği müəyyən edilib. Məcəllənin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği, fəaliyyət göstərilən yerdən asılı olaraq, aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində -1,0;

- Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5.

Bununla belə, ödənilməli məcburi dövlət sosial sığorta haqqının hesablanması üçün minimum aylıq əməkhaqqının (yəni, 400 manat) 3 faizi miqdarında aylıq məcburi dövlət sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

- Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığortaya gəldikdə isə ölkənin bütün şəhər, rayon və kəndlərində minimum aylıq əməkhaqqının 4%-i miqdarında ödəniş həyata keçirilməlidir.

Misal: Bakı şəhərində fəaliyyət göstərən bərbər aşağıdakı qaydada ödənişləri həyata keçirərək sabit qəbz əldə edə bilər:

Sadələşdirilmiş vergi: 15 x 2 = 30 manat;

MDSS: (400 x 3%) x 2 = 24 manat;İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat;

Cəmi: 30 + 24 + 16 = 70 manat.

Bununla yanaşı, bərbər fəaliyyəti göstərmək üçün obyektin fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq, icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir. Məsələn, əgər həmin şəxs aylıq 500 manata icarəyə obyekt götürüb fəaliyyət göstərirsə, 70 manat ödəmə mənbəyində vergi ödəməlidir:
500 x 14% = 70 manat.

Yuxarıda qeyd olunan ödənişlər həyata keçirilmədiyi halda, sabit qəbz almadan fəaliyyət göstərən bərbərə Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən hesablanan "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 40 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, obyekt qeydiyyata alınmadığı halda Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bərbər nəzarət-kassa aparatı olmadan fəaliyyət göstərə bilər.

Nağdsız ödənişlər üçün POS-terminaldan istifadəyə gəldikdə, bununla bağlı qanunvericilikdə dəqiq tələb qoyulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar üçün obyektlərin müəyyənləşdirilməsi meyarları”nın müəyyən edilməsi haqqında” Qərarına əsasən, rüb üzrə orta aylıq subyekt dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfatlarına (obyektlərinə) POS-terminal quraşdırılmalıdır. Bərbərlər dövriyyəyə görə vergi ödəmədiyi üçün onun rüblük dövriyyəsini hesablamaq və sübut etmək çətindir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Bu gün, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Bu gün, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Bu gün, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Bu gün, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Bu gün, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Bu gün, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər