40-ci məhəllədə baş vermiş yanğının təfərrüatları açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 23 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, alov 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 65 kv.metr olan mənzildə baş verib. Burada 1 ədəd çarpayı və yataq dəsti yanıb. Hadisə zamanı digər mənzillərdən 20 nəfər təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.