Sumqayıtda baytar həkim vəzifəsi üzrə vakansiya elan olunub. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində Qida Təhlükəsizliyi İnstitutuna istinadən xəbər verir.
Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur. Kompüter bilikləri olan, iş imkanlarını dəyərləndirmək, eləcə də yüksək əməkhaqqı təkliflərindən yararlanmaq istəyən baytarlar işə dəvət olunurlar.
Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Baytar həkim" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək.