Sumqayıtda Respublikanın Əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimovun yeni konsert proqramı baş tutacaq. Bu haqda 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
"KƏM ƏR" adlı konsert proqramı martın 5-də saat 19:00-da başlayacaq. Kimyaçı Mədəniyyət Sarayında təşkil olunacaq tədbir 2 saat davam edəcək. Biletlərin qiyməti 10-50 manat arası dəyişir.