Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company" MMC-də direktor dəyişikliyi baş verib.
Məlumata görə, şirkətin direktoru Əliyev Azər Arif oğlu təyin edilib. O, bu vəzifədə İsmayılova Sevda Yunis qızını əvəz edib.
Qeyd edək ki, "Baku Non Ferrous and Foundry Company" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir və əlvan metallar, həmçinin ferroərintilər istehsalı sahəsində fəaliyyət göstərir. Müəssisənin İnvestisiya dəyəri 51 milyon ABŞ dollarıdır.