Sumqayıtda aparılan tikinti işləri piyadaların hərəkətini çətinləşdirib.
Sumqayit24.az-a müraciət edən sakin bildirib ki, problem 20 Yanvar və Nizami küçələrinin kəsişməsində müşahidə olunur.
Ərazidə aparılan tikinti işləri ilə əlaqədar təhlükəsizlik məqsədilə səkinin bir hissəsi hasarlanıb. Onsuz da ensiz olan səkidə hərəkət üçün kifayət qədər yer qalmadığından piyadalar avtomobillərin hərəkət etdiyi yola çıxmağa məcbur olurlar.
Şikayətçinin sözlərinə görə, bu vəziyyət xüsusilə uşaqlar, yaşlılar və uşaq arabası ilə hərəkət edənlər üçün ciddi təhlükə yaradır.