Sumqayıtda bir ailənin dörd uşağı fərqli bağçalara qəbul edilib. Sumqayıt24 bu haqda 30 avqust tarixində xəbər verir.
Ailə başçısı İmran Məmmədov Təhsil Nazirliyinin portalında övladları üçün Sumqayıt və Abşeronda yerləşən eyni və ya bir-birinə yaxın olan bağçaları nəzərdə tutsa da, bu istəyi baş tutmayıb:
“Portal niyəsə uşaqlarımızı ayrı-ayrı ailələrin üzvləri kimi hesab edərək hər birini fərqli bağçalara qeyd edib. Fiziki cəhətdən onları saat 09:00-da həmin bağçalara aparıb çatdırmaq mümkünsüzdür”.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən BakuTV-yə bildirilib ki, İmran Məmmədov yenidən qəbul edilib. Uşaqlardan üçünün Ceyranbatan 2 saylı, birinin isə Sumqayıt şəhər 10 saylı uşaq bağçasına getməsi təmin olunub.