Sumqayıtda xalça emalı mərkəzi qurulacaq.
Sumqayıt Kimya Sənaye Parkında icarəyə götürüləcək mövcud tikilidə (sabiq xammal anbarı) arakəsmələrin inşası yolu ilə xalça emalı mərkəzinin qurulması işlərinə 1.646,200 AZN sərf olunacaq.
Sifarişçi "Azərxalça" ASC, icraçı isə "Azinvest İnşaat" QSC-dir.
Tərəflərin bağladığı müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Mənbə: Pravda.аz