Sumqayıtda qadın meyiti aşkarlanıb.
Hadisə şəhərin 9-cu mikrorayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Natella Ağabəy qızı Sayadovanın meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Teleqraf.az