“Orxan UN” MMC və “Sumqayıt-ağac-kağız” ASC “Azərişıq” ASC ilə bağlı məhkəməyə müraciət edib. Bu haqda 30 mart tarixində Sumqayıt24 Sumqayıt.tv-yə istinadən xəbər verir.
Bununla bağlı hər iki şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub. MMC ilə ASC maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.