Sumqayıtda filial müdiri vəfat edib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
BOKT (Bank olmayan kredit təşkilatı) "INTERNATIONAL" ASC-nin şəhər filialının müdiri Rüfət Ağayev 38 yaşında dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, R. Ağayev 20 il müddətində bank sektorunda müxtəlif vəzifələrdə çalışıb.