Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirici tədbirlər keçirilib.
Sumqayit24.az xəbər verir ki, Masazır kənd 4 nömrəli tam orta ümumi təhsil məktəbində, Sumqayıt şəhər 62 nömrəli körpələr evi-uşaq bağçasında, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Abşeron rayonu, Qobu qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbində fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirlərin sonunda suallar cavablandırılıb.