Sumqayıtda aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, 16-cı mikrorayon, 7 nömrəli binanın yaxınlığında yerləşən aptekin düz yanında əlavə tikilinin inşasına başlanılır.
Sakinlər tikintinin qanuniliyinə şübhə ilə yanaşırlar. Onların iddiasına görə, müvafiq icazə sənədinin təqdim olunmasını tələb etsələr də, sənəd onlara göstərilmir.
Vətəndaşlar bildirirlər ki, tikinti başa çatarsa, ərazidə piyadaların hərəkət etdiyi yol daralacaq və bu, sakinlər üçün əlavə çətinliklər yaradacaq.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.