Sumqayıtda avtomatik stansiya vasitəsilə atmosfer havasının keyfiyyəti yoxlanılıb. Bu haqda 31 mart tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı Sumqayıt şəhərində 1.1 dəfə normadan çox müəyyən edilib.
Dəm qazı miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.