Sumqayıt şəhərində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi yürüşlər təşkil olunacaq.