Sumqayıtda ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Sumqayıt24 bu haqda 1 iyun tarixində xəbər verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 3-də IV ixtisas qrupu, iyunun 4-də isə I ixtisas qrupu üzrə imtahanlar təşkil olunacaq. Həmçinin iyunun 3-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək.
Qeyd edək ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.