STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu bağlanıb. Sumqayıt24 bu haqda 26 aprel tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Anlaşma Memorandumu STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.
Şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bunlara daxildir: “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması.