top
Sumqayıtda imtahandan maksimum nəticə göstərən müəllim danışdı
18 iyun 2026, 19:25
- +

Sumqayıtda imtahandan maksimum nəticə göstərən müəllim danışdı

Bu gün təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günüdür.

İmtahandan maksimum nəticə əldə edən müəllimlərdən biri də Sumqayıt şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Leyla Nuriyevadır.

O, sertifikatlaşdırma prosesində ən yüksək nəticəni göstərərək 60 bal toplayıb.

AzEdu.az bu münasibətlə Leyla müəllimlə həmsöhbət olub.

O, gecə-gündüz oyaq qalaraq imtahana hazırlaşdığını qeyd edib:

"İmtahanın nəticələrini öyrəndiyim an yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. İlk reaksiyam sadəcə inanmaq olmadı. Hətta nəzarətçidən xahiş etdim ki, o da nəticəyə baxsın. O da təsdiqləyəndən sonra orada həqiqətən 60 bal topladığıma tam əmin oldum. İnsanın çəkdiyi əziyyətin bəhrəsini görməsi, bildiklərinin bu cür yüksək nəticə ilə təsdiqlənməsi çox qürurvericidir.

6 ildir ki, Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbdə təsviri incəsənət fənnini tədris edirəm. Bu məktəbə 2020-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı vasitəsilə qəbul olmuşam. Həmin imtahanda da heç bir kənar kömək olmadan, özüm hazırlaşaraq 50 bal (36 ixtisas, 14 kurikulum) toplamışdım. Elə bu sertifikasiya imtahanına da öz fənnim üzrə tamamilə fərdi şəkildə hazırlaşmışdım, sadəcə metodika (kurikulum) hissəsində digər bir repetitordan dəstək almışdım".

Digər həmkarlarıma və imtahana hazırlaşan müəllimlərə tövsiyə edirəm ki, həyəcanı kənara qoyub bütün diqqətlərini suallara cəmləsinlər:

İmtahandakı sualların səviyyəsinə gəlincə, deyə bilərəm ki, qənaətbəxş idi. Nə həddindən artıq çətin, nə də çox asan idi, tam orta səviyyədə tərtib olunmuşdu. Düzdür, bəzi suallarda tərəddüdlərim var idi və səhv yaza biləcəyimi düşünüb ən azı 55-56 bal gözləyirdim. Lakin monitorda 60 balı görəndə həm çox sevindim, həm də özümə olan inamım bir daha artdı.

Bu uğurun sirrini ilk növbədə Allahın nəsib etdiyi güc və qüvvətdə görürəm. Sertifikatlaşdırma imtahanına yanvar ayından etibarən ciddi şəkildə hazırlaşmağa başlamışdım.

Sertifikatlaşdırma imtahanlarının keçirilməsinin çox böyük müsbət tərəfləri var. Bu proses bizə biliklərimizi yenidən təkrarlamaq imkanı verir, həmçinin maddi cəhətdən də böyük xeyri var. Ən əsası, bu imtahanlar bizə daha böyük motivasiya verir, sanki bizi uğur qazanmağa və qarşımıza qoyduğumuz məqsədlərə çatmağa doğru irəli aparır.

Digər həmkarlarıma və imtahana hazırlaşan müəllimlərə tövsiyə edirəm ki, hər zaman diqqətli, səbirli və təmkinli olsunlar. İmtahan zamanı həyəcanı kənara qoyub bütün diqqətlərini suallara cəmləsinlər".

Son xəbərlər

İdman
Bu gün, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Bu gün, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Bu gün, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Bu gün, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Bu gün, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Bu gün, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Bu gün, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Bu gün, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Bu gün, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Bu gün, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Bu gün, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər