Sumqayıtda inək sürücülərə mane olub. Sumqayıt24 bu haqda 19 avqust tarixində xəbər verir.
Hadisə dünən Koroğlu prospektində yaşanıb. İpi qırılmış inək yiyəsinin əlindən çıxaraq yol boyunca qaçıb. Nəticədə sözügedən küçədə hərəkət çətinləşib.
Prospektlə hərəkət edən iribuynuzlu heyvan sonra istiqamətini dəyişib.