Gəmiqayırmada ilk dəfə yerli kabellərdən istifadə ediləcək. Sumqayıt24 bu haqda 8 may tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
"Bakı Gəmiqayırma Zavodu" ilə “Sumqayıt Texnologiya Parkı” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İlkin mərhələdə parka daxil olan “STP Global Cable”dən müxtəlif parametrli və sertifikatlı - 0.6/1KV yanğına davamlı ekranlı güc və aydınlatma, 250V individual ekranlı xəbərləşmə və kontrol, Cat 6A SFTP (individual olaraq daxilindəki tellər izolasyalı), Rg59/u+2x0.75 (anten və güc kabeli birlikdə olan) kabelləri alınacaq.