Sumqayıtda istirahət guşəsi baxımsız vəziyyətdədir. Bu barədə 3 oktyabr tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Bu hal Heydər Əliyev prospekti, 2-ci və 3-cü mikrorayonlar arasında yerləşən parkda müşahidə olunur. İstirahət guşəsində plitələr və tamet daşları əksər yerlərdə çatlayaraq dağınıq vəziyyətdədir. Tullantı qablarının alt hissələri zədələnib. Bəzi oturacaqlar sınıb. Sakinlərin sözlərinə görə, yolun dağınıq olması səbəbindən onlar uşaq arabasını sürərkən çətinlik çəkirlər, eləcə də bu vəziyyət yaşlılara təhlükə yaradır.