Sumqayıtda VI Robot Olimpiadasına hazırlıqlar təşkil ediləcək. Sumqayıt24 bu haqda 22 aprel tarixində Gənclər və İdman Nazirliyinə (GİN) istinadən xəbər verir.
“Dünyanı birləşdirək” (Connecting the World) mövzusunda Respublika Olimpiadası 21-23 iyul 2023-cü ildə Milli Gimnastika Arenasında baş tutacaq.
Olimpiadaya hazırlıq məqsədilə Sumqayıt Gənclər Evində komandalar üçün sınaq testləri və texniki konsultasiyalar keçiriləcək.