Sumqayıtda yeni doğulmuş körpənin göz əlilliyinin qarşısı alınıb. Sumqayıt24 bu haqda 22 aprel tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Qubadan təxliyə olunan həmin körpə Sumqayıt Perinatal Mərkəzinə çatdırılıb. İndirekt oftalmoskop cihazı ilə müayinədən sonra onda retinapatiya (torlu qişanın müxtəlif mənşəli olan zədələnməsi) aşkarlanıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin vitreoretinoloqu Tərlan Əliyeva müvafiq prosedurlar həyata keçirib, VEQF inyeksiyası etdikdən sonra körpə xilas edilib.