Sumqayıtda bir ildən artıqdır çətin vəziyyətdə yaşayan və özünü müəllim kimi təqdim edən 64 yaşlı Etibar Abbasovdan yeni məlumat var.
Xatırladaq ki, dünən Etibar Abbasovun sənədlərini itirdikdən sonra Sumqayıtda küçədə yaşaması və yerli sakinlərin ona kömək etməsi barədə məlumat vermişdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, əməkdaşlar tərəfindən onun vəziyyəti qiymətləndirilib və vətəndaşa sosial xidmət müəssisəsinə yerləşdirilməsi təklif olunub. Lakin o, bundan imtina edib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, bu gün isə Etibar Abbasovun qohumları, əmisi uşaqları onu taparaq yanlarına aparıblar.
Beləliklə, bir müddətdir Sumqayıtda küçədə yaşayan 64 yaşlı şəxsin hazırda qohumlarının yanında olduğu bildirilir.