Sumqayıtda magistraturaya qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu haqda 8 iyun tarixində Sumqayıt24 Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
DİM tərəfindən təşkil olunan imtahan iyunun 11-də baş tutacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və 3 saat davam edəcək.
Qeyd edək ki, imtahanlar respublika üzrə ümumilikdə 71 binada təşkil olunacaq. Təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.