Sumqayıtda məktəblilər arasında suçiçəyi xəstəliyinə yoluxanların sayı artıb. Bu haqda 7 aprel tarixində Sumqayıt24 Azxeber.com-a istinadən məlumat verir.
Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur. Təhlükəli xəstəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıblar. Vaxtında müalicə prosesinə başlanılmazsa, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.
Qeyd edək ki, suçiçəyi virusuna Sumqayıtla yanaşı, paytaxtın Yasamal və Qaradağ rayonlarında, Masazır qəsəbəsi və Xırdalan şəhərində də rast gəlinir.