Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Bu haqda 19 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə 17-ci mikrorayonda, Məhəmməd Əsədov küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil dayanacaqda gözləyən 3 piyadanı vurub. Qəza zamanı 39 yaşlı Azər Nəsibov, 41 yaşlı Məsmə Nəsibova və Mehriban Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 2-sinin xəsərətlərinin ağır olduğu bildirilir.
Zərərçəkənlər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.