Sumqayıtda avtoqəza tıxacın yaranmasına səbəb olub. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə ötən gün Koroğlu prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı 50-BV-799 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb.
Yolda qısa müddətli tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar. Avtomobil qəza yerindən götürülüb.