Sumqayıt Gənclər evində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirilib. Bu haqda Sumqayıt24 bu gün, 21 fevral tarixində Gənclər Evinə istinadən xəbər verir.
Məlumata əsasən, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev iştirakçılara layihənin məqsədindən, görüləcək və görülən işlərdən danışıb. Paşayev təşkilatın milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirib.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində keçirilib.