Sumqayıtda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bu haqda 15 iyun tarixində Sumqayıt24 Sumqayitxeber.com-a istinadən məlumat verir.
“Kimyaçı” Mədəniyyət Sarayında keçirilən tədbirdə şəhər icra başçısı Zakir Fərəcov, Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər. Toplantıda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan sənədli film nümayiş etdirilib. İncəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.