Sumqayıt şəhərində Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə icra başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli, şəhərin təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.
Çıxış edən təhsil işçiləri yaradılan imkanlardan səmərəli istifadə etməklə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, ölkəmizin gələcəyi üçün bilikli, savadlı, vətənpərvər və yüksək mənəvi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlarını bildiriblər.
Sonda təhsil sahəsində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və şəhərin təhsil həyatına verdiyi töhfələrə görə bir qrup müəllim fəxri fərmanla təltif olunub.