Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq. Onların arasında sumqayıtlı Xədicə Qədəşova da var.
-57 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.