Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəbinə yeni direktor təyin olunub.
Sumqayit24.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.
Bildirilib ki, Günay İbrahimli sözügedən məktəbə direktor təyin edilib.
Məlumat üçün bildirək ki, Qubadlı Rayon İsmət Qayıbov adına Saray kənd tam orta məktəbinin bundan əvvəlki direktoru Nüşabə Hüseynova olub.