Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın qurucusu“ mövzusunda tədbir keçirilib. Bu haqda 6 aprel tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirdə 33 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Dövlət Himni ilə başlayan yığıncaq 5-ci sinif şagirdlərinin Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən çıxışları, “Sülh nəğməsi”, Heydər babamızın nəvələriyik”, “Ulu Öndər” mahnıları və “Şuşanın dağları” rəqsi ilə davam etdirilib.