Sumqayıtın müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.
Report xəbər verir ki, Sumqayıt Bulvarına yaxın ərazidə 1 ədəd “TOZ-8” markalı odlu silah, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd F1 əl qumbarası, Koroğlu prospektində isə 1 ədəd təklüləli ov tüfəngi tapılıb.
Aşkar edilən silah-sursat polisə təhvil verilib.
Fakt araşdırılır.