Sumqayıtda xilasedicilər azyaşlının köməyinə çatıblar. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə uşağın mənzildə bağlı qapı arxasında qaldığı bildirilib. Qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları ünvana cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaq xilas edilib.