Sumqayıt Perinatal Mərkəzində qadın sağlamlığı ilə bağlı təlim təşkil edilib.
Sumqayit24.az xəbər verir ki, təlimdə əsas diqqət qadın cinsiyyət orqanlarının infeksion xəstəliklərinin laborator diaqnostikası, patohistoloji müayinələrin aparılması və xərçəngönü xəstəliklərinin vaxtında aşkarlanması məqsədilə Pap smear testinin tətbiqi olub. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin olunan bu xidmətlər qadın sağlamlığının keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsində mühüm rol oynayır.
Sumqayıt Tibb Mərkəzində (STM) Pap testlərinin tətbiqinə başlanması qadın sağlamlığının qorunması sahəsində mühüm mərhələ hesab olunur.