Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışda zərər görən binanın sakinləri hələ də kirayədə yaşayırlar.
Bu barədə TNS-ə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib. Onun sözlərinə görə, binanın təmirinə başlanılmayıb.
Qeyd edək ki, ötən ilin dekabrında baş verən partlayış dağıntılara səbəb olub. 6 girişdən ibarət olan binanın təmir işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılacaq.