Sumqayıtda avtoqəza zamanı bir nəfər dünyasını dəyişib. Bu haqda 30 may tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Hadisə axşam saatlarında Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 64 yaşlı Tofiq Kərimovu "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.